Kürdəmirdə “Ford” və “QAZ” toqquşdu


Digərləri 15 Yan 2020 09:22:29 152 0

Kürdəmirdə “Ford” və “QAZ” toqquşdu

Sürücü yük avtomobilində sıxılı vəziyyətdə qaldı

Bakı. Kürdəmir rayonunda “Ford” və “QAZ” markalı minik avtomobilləri toqquşub. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə Kürdəmir rayonunda “Ford” markalı yük avtomobili və “QAZ” markalı minik avtomobili toqquşması barədə məlumat daxil olub. Bildirilir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.