Budapeştdəki əfsanəvi NyuYork Sarayı Fransanın daşınmaz əmlak şirkətinə satılıb


Dünya 15 Yan 2020 08:40:00 109 0

Budapeştdəki əfsanəvi NyuYork Sarayı Fransanın daşınmaz əmlak şirkətinə satılıb

"Varde Partners" şirkəti özünün 8 dəbdəbəli oteli ilə vidalaşıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sözügedən səkkiz daşınmaz əmlak obyektindən ikisi Budapeştdə yerləşir. Amerika investisiya şirkəti ilə Fransanın "Kovivo" şirkəti arasında danışıqlardan sonra Avropada yerləşən 8 dəbdəbəli otelin satışı barədə saziş imzalanıb. Budapeştdə yerləşən Nyu-York Sarayı və "Nyu-York" iqamətgahı da satılan otellərin bir hissəsidir.

Hər bir otelin ayrılıqda dəyəri məlum olmasa da, bütün 8 otelin təxminən 573 milyon avroya satılması bildirilir. Həm saray, həm iqamətgah Macarıstan paytaxtının 7-ci Dairəsində beşulduzlu otellərdir. Nyu-York Sarayı 1894-cü ildə, "Nyu-York" iqamətgahı isə bir qədər sonra - XX əsrdə tikilib. 2001-2006-cı illərdə Saray təmir edilib. Burada Budapeştin ən məşhur "New York Café"si yerləşir.