Keçən il AFRdə elektrik enerjisinin təqribən yarısı alternativ mənbələrdən istehsal edilib


Dünya 15 Yan 2020 08:54:00 135 0

Keçən il AFRdə elektrik enerjisinin təqribən yarısı alternativ mənbələrdən istehsal edilib

Keçən il AFR-də elektrik enerjisinin təqribən yarısı alternativ mənbələrdən istehsal edilib, kömürdən istifadə isə azalıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bununla belə ekologiya hərəkatlarının liderlərinin fikrincə, CO2 (karbon qazı) tullantılarının daha əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaq mümkündür.

Ötən il havaların küləkli keçməsi sayəsində külək generatorları tam gücü ilə işləyib və daş kömür, yaxud qonur kömür yandırmağa çox ehtiyac olmayıb. Bundan əlavə, kömürün yandırılması yolu ilə elektrik enerjisi istehsalının maya dəyəri artdığı üçün istilik elektrik stansiyaları məhsuldarlığı azaltmağa məcbur olublar. Məhz bu səbəbdən, 2019-cu ildə ətraf mühitə karbon qazı tullantıları 7 faiz azalıb.

Bütövlükdə ötən il kömür elektrik energetikasının rentabelliyi azalıb, yaşıl energetikanın iqtisadi cəlbediciliyi artıb.