Qvatemalanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb


Dünya 15 Yan 2020 08:35:44 111 0

Qvatemalanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb

Qvatemalanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb

Qvatemalanın seçilmiş yeni prezidenti, 63 yaşlı Alexandro Jammattei rəsmən öz vəzifəsinin icrasına başlayıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, inaqurasiya mərasimi Migel Anxel Asturias adına Milli Teatrda olub. O, sağ mərkəzçi “İrali” partiyasından namizəd kimi 2019-cu ilin 11 avqustunda keçirilmiş prezident seçkilərinin ikinci turunda qələbə qazanıb.

Alexandro Jammattei bundan əvvəl dörd dəfə ən yüksək dövlət vəzifəsinə iddialı olub.

Qeyd edək ki, Qvatemalanın yeni prezidentinə sui-qəsd planının üstü açılıb. Andiçmə mərasimi günü hüquq-mühafizə orqanları yeni dövlət başçısının adının hədəf kimi qeyd olunduğu bir neçə telefon danışığını qeydə alıblar.