Məktəbli oğlan YENİ PLANET KƏŞF ETDİ


Digərləri 15 Yan 2020 07:55:00 124 0

Məktəbli oğlan YENİ PLANET KƏŞF ETDİ

NASA-da təcrübə keçən məktəbli oğlan iki ulduzun ətrafında fırlanan yeni planet kəşf edib.

Son.az xəbər verir ki, Volf Cuker adlı məktəbli oğlan yay tətili zamanı NASA-da təcrübə keçmək üçün qeydiyyatdan keçib. NASA ona parlaq ulduzları araşdırması üçün tapşırıq verib. Cuker təcrübə keçdiyi 3-cü gün TOI 1338 adlı ulduz sistemindən gələn dəyişkən siqnal görüb. Daha sonra könüllülər tərəfindən işarələnmiş iki ulduzlu sistemləri incələyən Cuker əvvəlcə ulduzun qarşısından keçən ikinci ulduz olduğunu fikirləşsə də, lakin zaman anlayışında səhvlik olduğunu görüb yeni planet olduğunu anlayıb.

Beləliklə, Cuker adlı gənc oğlan kəşf etdiyi planetlə adını tarixə yazdırmağı bacarıb və həmin planetə TOI 1338b adı verilib. Cuker San Dieqo və Çikaqo universitetlərində mütəxəssis adını qazanıb. 

Qeyd edək ki, Cukerin kəşf etdiyi planet Yerdən 6,9 dəfə daha böyük və 300 işıq ili uzaqlığındadır. (ölkə.az)