Kanada Ukraynadan kömək istədi


Digərləri 15 Yan 2020 07:48:34 130 0

Kanada Ukraynadan kömək istədi

Castin Trüdo Ukrayna prezidenti Vladimir Zelenskidən telefon danışığı zamanı İranda Ukrayna təyyarəsinin qəzaya uğraması qurbanlarının müəyyənləşdirilməsi prosessinə şərait yaradılmasını xahiş edib

Bakı. Kanadanın Baş naziri Castin Trüdo Ukrayna prezidenti Vladimir Zelenskidən telefon danışığı zamanı İranda Ukrayna təyyarəsinin qəzaya uğraması qurbanlarının müəyyənləşdirilməsi prosessinə şərait yaradılmasını xahiş edib. Trend-in məlumatına görə, bu barədə Ukrayna liderinin ofisinin mətbuat xidmətindən bildirilib. Bildirilib ki, Castin Trüdo Kanada vətəndaşları da arasında olan ölənlərin cəsədlərinin müəyyənləşdirilməsində İran hakimiyyəti ilə dialoq qurmaqda Vladimir Zelenskidən kömək istədi. V.Zelenski cavab olaraq dedi ki, ukraynalı mütəxəssislər və diplomatlar Tehrandakı kanadalı həmkarlarına işlərində hərtərəfli kömək etməyə hazırdırlar.