Çinin yeni radioteleskopu kosmosda araşdırmalara başlayıb


Dünya 15 Yan 2020 07:35:00 113 0

Çinin yeni radioteleskopu kosmosda araşdırmalara başlayıb

Çin 500 metr diametri olan "Aperture Spherical Radio Telescope" (FAST) radioteleskopunun kosmosun tədqiqinə başladığını elan edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, nəhəng teleskop kosmosda canlı aləmin araşdırmalarına cəlb olunacaq.

"Bu radioteleskop sayəsində millimetr səviyyəsində ölçü dəqiqliyi əldə edəcəyik. Hər hansı bir toxunuş teleskopun ümumi işinə ciddi şəkildə təsir edə bilər", - deyə çinli mühəndis Sun Jinqai bildirib.