Rusiya və Türkiyə Liviya məsələsində çox vacib rol oynayır - Aİ


Digərləri 15 Yan 2020 06:47:00 141 0

Rusiya və Türkiyə Liviya məsələsində çox vacib rol oynayır - Aİ

Rusiya və Türkiyə hazırda Liviya məsələsində çox vacib rol oynayır

Bakı. Rusiya və Türkiyə hazırda Liviya məsələsində çox vacib rol oynayır. Trend-in məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Avropa Parlamentinin Strasburqdakı plenar iclasında deyib. Liviyadakı qanunsuz silahlı qüvvələrin lideri Xəlifə Haftarın atəşkəs barədə sənədi imzalamadan Moskvadan ayrıldığını xatırladan Borell qeyd edib: "Liviyada atəşkəsin təmin olunacağına zəmanət verə bilərəm". Borell, həmçinin Aİ-nin Liviya ilə bağlı Berlin prosesini dəstəklədiyini söyləyib: