İspaniyada partlayış nəticəsində 8 nəfər yaralanıb


Digərləri 15 Yan 2020 05:46:00 144 0

İspaniyada partlayış nəticəsində 8 nəfər yaralanıb

İspaniyanın Tarraqona vilayətində kimyəvi zavodda (Kataloniya muxtar icması) baş verən güclü partlayış və yanğın nəticəsində 8 nəfər xəsarət alıb

Bakı. İspaniyanın Tarraqona vilayətində kimyəvi zavodda (Kataloniya muxtar icması) baş verən güclü partlayış və yanğın nəticəsində 8 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə təcili tibbi yardıç xidməti bildirib. Məlumata əsasən, 2 nəfər ağır yanıq xəsarətləri alıb və ağır vəziyyətdədir, yaralılardan birinin vəziyyəti orta-ağır qiymətləndirir. 5 nəfər isə yüngül xəsarət alıb.