İspaniyada neftkimya zavodunda partlayış baş verib


Dünya 14 Yan 2020 23:59:00 118 0

İspaniyada neftkimya zavodunda partlayış baş verib

İspaniyanın Tarraqona vilayətində (Kataloniya muxtar icması) neft-kimya zavodunda güclü partlayış baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə jeneralitetin mülki müdafiə xidməti bildirib.

Məlumata əsasən, yaralıların olub-olmadığı hələki məlum deyil.

Xidmət yerli sakinlərdən evlərini tərk etməmələrini və pəncərə və qapılarını bağlamağı tövsiyə edib.