Günün qoroskopu: əlverişli gündür


Digərləri 15 Yan 2020 00:01:00 146 0

Günün qoroskopu: əlverişli gündür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - işlərinizdə sizi uğur gözləyir. Qeyri-standart yanaşma, yeni baxış tələb edən işlərdə çox irəli gedəcəksiniz. İş tərəfdaşlarınız və rəhbərliklə razılığa gələ, əməkdaşlığı yeni bir səviyyəyə qaldıra bilərsiniz. Ancaq imkanlarınızı düzgün hesablayın. Sizinlə əməkdaşlıqda maraqlı olan bir şəxsin yardım təklifini qəbul etsəniz, həyatınızı xeyli asanlaşdırarsınız.

Buğa - əlverişli gündür. Günün birinci yarısı həyatınızda əhəmiyyətli rol oynayacaq vacib və maraqlı hadisə ilə yadda qalacaq. Çoxdandır fikrinizdə tutduğunuz planı reallaşdırmaq, mövqelərinizi möhkəmləndirmək imkanı yaranacaq. Karyera yüksəlişi mümkündür. Sövdələşmələr üçün münasib gündür.

Əkizlər - Həftə çox uğurlu bir günlə başlayır. Bir qədər təzadlı və qərarsız xasiyyəti olan şəxslər özlərini narahat hiss edəcəklər. Şübhələr çoxluq təşkil edir: şəraitə uyğun olmaq üçün qətiyyət tələb olunur.

Xərçəng - istənilən maliyyə əməliyyatları üçün uğurlu gündür. İri məbləğdə pullardan istifadə edə bilər, bahalı mallar ala bilərsiniz. Şəxsi həyatın ahənginə heç nə mane olmur. Bir-birinə qarşı dərin hisslər duyan insanlar razılığa gələ, inciklikləri unuda bilərlər. Əvvəlki səhvlər və yelbeyin hərəkətlər bu gün bağışlanacaq.

Şir - asan olmayan, amma vacib məsələnin həllinə başlamağın vaxtı çatıb. Çətin ki, onun öhdəsindən birdən-birə gəlmək mümkün olsun. Lakin bu gün necə hərəkət etməyin lazım olduğunu başa düşəcək, aralıq məqsədləri müəyyənləşdirə biləcəksiniz. Gün uzunmüddətli planlaşdırma, imkanlanların obyektiv dəyərləndirilməsi üçün münasibdir.

Qız - Digər günlərdən fərqli olaraq bu gün daha təmkinli, soyuqqanlı və sakitsiniz. Bu isə ailədaxili münaqişələri dəf etməyə, sevdiyiniz şəxslə daha mülayim davranmağınıza kömək edir.

Tərəzi - günün əsas problemi emosional fonun gərgin olmasıdır. Tez inciyirsiniz, sizinlə dil tapmaq çətindir. Hətta çox mehriban bir adam təsadüfən sizin kefinizə soğan doğrayacaq. Yazıq onun halına: sizin kəskin və coşğun reaksiyanız hətta özünüzü də təəccübləndirəcək.