İspaniyada zavodda güclü partlayış olub, ölən və xəsarət alanlar var - VİDEO - YENİLƏNİB


Dünya 14 Yan 2020 23:39:00 146 0

İspaniyada zavodda güclü partlayış olub, ölən və xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

​İspaniyada zavodda güclü partlayış olub

İspaniyanın Tarraqona vilayətindəzavodda güclü partlayış nəticəsində azı 1 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə yerli "El Mundo" qəzeti xəbər verib.

Qeyd edilir ki, aidiyyəti orqanlaryaxınlıqdakı yaşayış məntəqələrinin sakinlərini partlayışın səbəbi və nəticələri barədə məlumat almayıncaqapıları və pəncərələri açmamağa və evdə qalmağa çağırıblar. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, ərazidə qatarların hərəkəti dayandırılıb.

***22:42

İspaniyada zavodda güclü partlayış olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə Tarraqona əyalətində qeydə alınıb.

Əyalətin mülki müdafiə xidmətinin “Twitter”də yaydığı xəbərəgörə, hələlik yaralıların olub-olmaması barədə məlumat yoxdur.

Yerli "El Periodico" qəzeti isə bildirib ki, hadisə zamanı azı 4 nəfər xəsarət alıb.