Bakıda yaşayış binasında yanğın


Digərləri 14 Yan 2020 23:39:00 250 0

Bakıda yaşayış binasında yanğın

Bakının Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzildə yanğın olub.

Son.az FHN-ə istinadən xəbər verir ki, mənzilin hamam otağında lambirindən ibarət tavan 3 m² sahədə və plastik qapı, dəhlizində quraşdırılan kondisioner yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.