Kosmosa müntəzəm və kütləvi turist uçuşları təşkil ediləcək


Digərləri 14 Yan 2020 23:15:00 138 0

Kosmosa müntəzəm və kütləvi turist uçuşları təşkil ediləcək

Bu ildən etibarən məşhur "Virgin Calactic" şirkəti kosmosa müntəzəm və kütləvi turist uçuşları təşkil edəcək.

Uçuşların cari ilin ortalarından etibarən reallaşması nəzərdə tutulur. Artıq indidən 3557 bildiriş aldığını bidlirən şirkət, uçuş qiymətinin 250 min dollar olduğunu qeyd edib.

Şirkət vasitəsi ilə kosmosa səyahət edəcək hər kəs səfərdən öncə "Astronavt Təlim Proqramı"ndan keçəcək və səfər üçün zəruri olan məlumatlar əldə edəcək.

Xatırladaq ki, kosmosa turist səfərləri yaxın gələcəyin ən mühüm və perspektivli iqtisadi layihələrindən biri hesab edilir. Bu səbəblə də ABŞ-ın ardınca bir sıra ölkələr kosmosa turist səfərinə imkan verən kosmik gəmilərin hazırlanmasına start verib. Yaxın gələcəkdə kosmosa turist yola salmaq arzusunda olan dövlətlərdən biri də Azərbaycanın şimal qonşusu Rusiyadır. Artıq bu məqsədlə Rusiyada kosmik gəminin inşasına start verildiyi bildirilir.