Cərrah robot 20 milyon dollar investisiya əldə edib


Digərləri 14 Yan 2020 22:45:00 153 0

Cərrah robot 20 milyon dollar investisiya əldə edib

Süni zəka, maşın öyrənməsi və əşyaların interneti kimi texnologiyaların inkişafı ilə robot sektoru da son bir neçə ildir ki, startap ekosistemində ən çox fəaliyyət göstərən sahələrdən biridir.

Gündəlik insan həyatını asanlaşdıran robotlarla yanaşı daha ciddi işlə məşğul olan robotlar da yaradılır. Bunlardan biri də həkimə kömək edən, xəstələri əməliyyat edən robotdur.

Bu sahənin ən önəmli şirkətlərindən biri olan Virtual İncision Company abdonimal cərrah robotu üçün 20 milyon dollarlıq investisiya əldə edib. İnsan gücünə ehtiyac olmadan əməliyyatlarda böyük köməklik göstərən robot həkimlər üçün ciddi rahatlıq təmin edir.