Həzrət Fatmənin (s.ə) xanımlar üçün universal buyuruşu


Digərləri 14 Yan 2020 22:50:00 191 0

Həzrət Fatmənin (s.ə) xanımlar üçün universal buyuruşu

Bəzi insanlar ölən zaman özlərindən heç bir nişanə və ad qoyub getmirlər. Bəzi insanlar isə öz dövrünün insanlarına elə təsir qoyurlar ki, dünyalarını dəyişəndən sonra belə, undulmurlar. Lakin bəzi insanlar vardır ki, bütün dövrlərə təsir edə bilmişdilər. Yəni, bu insanların tarixdə əbədi qalmaq istedadları vardır. Həzrət Zəhra (s.ə) da bu cür şəxsiyyətlərdən biri olmuşdur.

Bu banunun ömrü 18 ildən çox olmamışdır. Ancaq Xanım (s.ə) bu bərəkətli ömrü boyu bir sünnənin təməlini qoymuşdur ki, bütün əsrlər boyu unudulmur. İmam Zaman (ə.f) onu gözəl örnək adlandırmışdır.

Həzrət Zəhra (s.ə) bütün insanlıq üçün bir nümunədir. Cəmiyyətşünasların nəzərinə görə, bir cəmiyyətin geridə qalmasının əsil səbəbi - cavanların layiqli örnəklərdən ibrət almamasıdır. Həzrət Zəhra (s.ə) bütün cavanlar üçün gözəl örnək ola bilər. Çünki bu banu eyibsiz və nöqsansızdır, kamil bir örnəkdir. Bütün cəmiyyət üçün nümunə olmaq qabiliyyətinə malikdir.

Həzrət Fatimə (s.ə) - müsəlman qadınların iffət nişanəsidir. Bu Xanım (s.ə) ancaq evində əyləşən xanımlardan deyildi. Tarix şahidlik edir ki, Xanım (s.ə) başqa qadınların dəvətini qəbul edər, atasının evinə gedib-gələrdi. Ühüd döyüşündə başqa qadınlarla bir yerdə yaralılara yardım edərdi.

Məkkənin fəthində və vida həccində atası ilə birlikdə idi. Həzrət Həmzənin (ə) şəhadətindən sonra davamlı olaraq Ühüdə gedər və onun qəbrini ziyarət edərdi. Bəzən də Həzrət Peyğəmbəri (s) məxsus səhabələri ilə bir yerdə evinə dəvət edər və onlara xidmət edərdi. Bütün bu hallarda və zamanlarda iffət və hicab mövzusuna ən kamil surətdə diqqət göstərərdi.

Həzrət Zəhra (s.ə) həmişə bu düşüncədə olardı ki, qadın gərək insanlıq kəramətini dərk etsin və özünü başqalarının meyillərinə qurban etməsin. Həzrət Fatimə (s.ə) istəyirdi ki, hər bir qadın fəsaddan və əxlaqi rəzil sifətlərdən uzaq olsun və özünü qorusun.