Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib


Digərləri 14 Yan 2020 22:47:02 140 0

Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib

Bakıda yaşayış binasında yanğın qeydə alınıb

Bakı. Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin hamam otağında lambirindən ibarət tavan 3 m² sahədə və plastik qapı, dəhlizində quraşdırılan kondisioner yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı tüstülənmiş mənzillərdən yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil qalan hissəsi yanğından mühafizə olunub.