Dünya isinir, bədən temperaturu isə aşağı düşür


Digərləri 14 Yan 2020 22:35:00 137 0

Dünya isinir, bədən temperaturu isə aşağı düşür

Atmosferə atılan parnik qazlarının( karbon 2 - oksid (CO2), azot oksidləri və s.) səbəb olduğu qlobal istiləşmə artır və dünya istiləşir.

Son.az medicina.az-a istinadən bildirir ki, dünyanın əksinə olaraq insan bədəninin istiliyi aşağı düşür. Bunu Amerikalı araşdırmacılar,son tədqiqatların nəticəsini açıqlayarkən bildiriblər. Onlar bildirir ki, insan bədəninin ortalama istiliyi son iki yüz ildə aşağı düşüb. Tədqiqatlar zamanı 677 min 423 şəxsin bədən istiliyi nəticələri yoxlanılıb.

Əvvəlcə 1862-1930-cu illərin qaziləri, sonra 1971-1975-ci illərdəki ABŞ-dakı tədqiqatlara qatılan şəxslərin, son olaraq isə 2007-2017-ci illər aralığı xəstəxanalara müraciət edən xəstələrin bədən temperaturu götürülərək yoxlanılıb.

Nəticələrdən məlum olub ki, 21-ci əsrdə dünyaya gələn kişilərin bədən istiliyi 19-cu əsrdə dünyaya gələnlərə nisbətən 0.6 dərəcə, qadınlarda isə 0.03 dərəcə aşağıdır. Alimlər bu istiliyin düşməsinə nəyin səbəb olmasını da araşdırıblar. Professor Julie. P bildirib ki, buna bir çox faktordan asılıdır.

Fizioloji dəyişiklik, evlərin isinməsi texnologiyası, mikroorqanizmlərlə təmas və istehlak edilən qidaların ətraf mühitin dəyişməsi əsas təsir amilləridir.