Yəməndə naməlum şəxs məsciddə insanları güllələdi


Dünya 14 Yan 2020 22:39:00 129 0

Yəməndə naməlum şəxs məsciddə insanları güllələdi

Bu gün Yəmənin Abyan vilayətində Lyurd məscidində ibadət edən insanlar naməlum şəxs tərəfindən güllələnib.

Son.az Trend-ə istinadən bildirir ki,  bu barədə "Əl-Ərabiya" telekanalı bildirib.

Məlumata əsasən, hadisə nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

Bildirilib ki, ölənlər arasında - məscidin imamı və qatilin atası olub. Daha sonra o, çaxnaşmadan istifadə edərək qaçıb.