Ayət namazının hökmləri


Digərləri 14 Yan 2020 21:50:00 73 0

Ayət namazının hökmləri

Ayət namazının vacib olmasının səbəbləri

1. Ayət namazının vacib olmasının şəri səbəbləri: Hətta disklərinin az bir hissəsi olsa belə, Günəş tutulması, Ay tutulması, zəlzələ, insanların əksər hissəsinin qorxmasına səbəb olan istənilən qeyri-adi hadisə, məsələn, qara yel, qırmızı yel və sarı yel kimi qeyri-adi küləklər, zülmət qaranlıq, torpaq çökməsi, dağ uçqunu, göy gurultusu və şimşək çaxması.

Günəş tutulması, Ay tutulması və zəlzələ istisna olmaqla, qalan bütün hadisələr insanların daha çox hissəsinin qorxuya düşməsinə səbəb olmalıdır. Əgər hər hansı hadisə qorxu yaratmasa və az sayda insanın qorxmasına səbəb olarsa, ayət namazının qılınmasına səbəb olmur.

2. Ayət namazı hadisənin baş verdiyi şəhərin sakinlərinə, habelə həmin şəhərə bitişik olan, onunla eyni hesab edilən və eyni hökmü daşıyan qonşu şəhərin sakinlərinə vacib olur.

Ayət namazının qılınma vaxtı

3. Günəş və Ay tutulmasına görə qılınan ayət namazının vaxtı tutulma başlayandan açılma başlayana qədərdir. Ehtiyata görə, namaz açılma başlamazdan əvvəl qılınmalıdır. Əgər namaz qeyd olunan vaxtdan sonraya saxlanılarsa, əda və ya qəza niyyəti edilmədən "qürbətən iləllah" niyyəti ilə qılınmalıdır.

4. Baş verdikləri müddət ərzində ayət namazını qılmaq üçün kifayət qədər vaxtın olmadığı zəlzələ və bənzər hadisələr zamanı namazı təxirə salmaq olmaz. Əgər kimsə günaha yol verib namazı təcili qılmazsa, sonra nə qədər ömrü qalıbsa, namaz ona vacibdir və bütün hallarda əda niyyəti ilə qılmalıdır.

Ayət namazının qılınma forması

5. Ayət namazını bir neçə formada qılmaq olar:

Birinci forma:

Namaz qılan şəxs niyyət etdikdən və təkbirətul-ehramı dedikdən sonra "Həmd" ("Fatihə" surəsi) və surə oxuyur, sonra rükuya gedir. Rükudan qalxıb yenidən "Həmd" və surə oxuyur, yenidən rükuya gedir. Qalxıb "Həmd" və surə oxuyur, sonra yenə də rükuya gedir. Bu qayda ilə beş rüku yerinə yetirir və hər rükudan qabaq "Həmd" və surə oxuyur. Daha sonra səcdəyə gedir. İki səcdəni yerinə yetirdikdən sonra namazın ikinci rükəti üçün ayağa qalxır və ikinci rükəti də birinci rükətdə olduğu kimi yerinə yetirir. İkinci rükətin səcdələrindən sonra təşəhhüd və salamları deyir.

İkinci forma:

Namaz qılan şəxs niyyət etdikdən və təkbirətul-ehramı dedikdən sonra "Həmd"i və ardınca hər hansı surənin bir ayəsini oxuyur, sonra rükuya gedir.(1) Rükudan qalxıb həmin surənin növbəti ayəsini oxuyur, sonra rükuya gedir. Yenə rükudan qalxıb seçdiyi surənin növbəti ayəsini oxuyur, sonra rükuya gedir. Beşinci rükuya qədər bu şəkildə davam edir.

Hər rükudan qabaq ayələrini oxuduğu surə sonuncu rükudan əvvəl tamamlanmalıdır. Beşinci rükunu yerinə yetirdikdən sonra səcdəyə gedir.

İki səcdəni yerinə yetirdikdən sonra ikinci rükət üçün ayağa qalxır. Yenə də "Həmd"i və hər hansı surənin bir ayəsini oxuyur, sonra rükuya gedir. İkinci rükəti də birinci rükət kimi yerinə yetirib sonda təşəhhüd və salamları deyir. Əgər hər rükudan əvvəl seçilmiş surənin bir ayəsini oxumaqla kifayətlənmək istəyirsə, "Həmd"i həmin rükətin əvvəlində bir dəfədən artıq oxumamalıdır.

Qeyd: Surəni bölərkən bir ayəni tam oxumaq vacib deyil. Bir ayəni də ("Bismilləhir-rahmənir-rahim" istisna olmaqla) iki hissəyə bölmək olar.

Üçüncü forma:

Rükətlərdən birini yuxarıda qeyd edilən formalardan biri, digərini isə o biri formada qılmaq olar.

Dördüncü forma:

Qiyamda birinci rükudan qabaq bir ayəsini oxuduğun surəni ikinci, üçüncü və ya dördüncü rükudan qabaq tamamlayırsan. Surəni tamamladığın təqdirdə rükudan qalxdıqdan sonra növbəti qiyamda "Həmd"i yenidən oxumalı və "Həmd"dən sonra bir surə oxumalısan. Əgər surəni üçüncü və ya dördüncü rükudan qabaq tamamlamısansa seçilən surənin bir ayəsini oxuyursan. Belə olan halda, həmin surəni beşinci rükudan qabaq tamamlamaq vacibdir.

Ayət namazını camaatla qılmaq

6. Ayət namazının camaatla qılınmasının hökmü digər gündəlik namazların camaatla qılınmasının hökmü ilə eynidir. Camaat imamının (pişnamaz) qiraəti məmumlar (iqtida edənlər) üçün də kifayət edir.

Bir ayənin iki hissəyə bölünməsi

7. Ayət namazında bir ayəni iki hissəyə bölməyin eybi yoxdur. Məsələn, "ləm yəlid"i bir hissə, "və ləm yuləd"i ikinci hissə kimi götürmək olar.

Camaata ikinci rükuda çatmaq

8. Əgər kimsə camaatla qılınan ayət namazının birinci rükətinin ikinci rükusuna çatarsa, camaat namazına qoşulması problemlidir.

Camaatla qılmaq

9. Ayət namazını camaatla qılmağın eybi yoxdur, hətta camaatla qılınması müstəhəbdir.

Kişilərin namazı uca səslə qılması

10. Kişilərin ayət namazını ucadan qılması müstəhəbdir.

Müstəhəb qunutlar

Robotlar sizin işinizi əlinizdən alacaqmı? like
  • 14 Yan 21:45  
Digərləri Robotlar sizin işinizi əlinizdən alacaqmı?

Linkedin qısa müddət əvvəl gələcəyin ən yaxşı peşələrinin siyahıs

arrow Ətraflı
İranın XİN rəhbəri Davos forumunda iştirakdan imtina edib like
  • 14 Yan 21:41  
Dünya İranın XİN rəhbəri Davos forumunda iştirakdan imtina edib

​İranın XİN rəhbəri Davos forumunda iştirakdan imtina edib

arrow Ətraflı
Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib like
  • 14 Yan 21:41  
Digərləri Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib

Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köm

arrow Ətraflı
Marsda suyun tükənməsinin səbəbi like
  • 14 Yan 21:40  
Digərləri Marsda suyun tükənməsinin səbəbi

Beynəlxalq alimlər qrupu, nəzəriyyə və müşahidələrə əsaslanan tədqi

arrow Ətraflı
Qaraciyəri təmizləməyin sadə like
  • 14 Yan 21:35  
Digərləri Qaraciyəri təmizləməyin sadə

Qaraciyər orqanizmin ən çətin işini görən orqanlarından biri hesab olunu

arrow Ətraflı
600 yaşındakı su birələri, ətraf mühitin çirkliliyinə uyğunlaşmağın açarı ola bilər like
  • 14 Yan 21:20  
Digərləri 600 yaşındakı su birələri, ətraf mühitin çirkliliyinə uyğunlaşmağın açarı ola bilər

Alimlər sudakı azot və fosfat miqdarının artması səbəbiylə yaranan çir

arrow Ətraflı
2020  NyuYork ştatı 700dən çox qanuna imza atıb like
  • 14 Yan 21:19  
Dünya 2020 NyuYork ştatı 700dən çox qanuna imza atıb

Yeni ilin başlanğıcı yeni qətnamələrin və vədlərin başlanğıc vaxtı

arrow Ətraflı
Yaponiyalı milyarder Ay səyahəti üçün özünə sevgili axtarır like
  • 14 Yan 21:18  
Digərləri Yaponiyalı milyarder Ay səyahəti üçün özünə sevgili axtarır

Yaponiyalı milyarder Yusaku Maezava onunla birlikdə Ay ətrafına səyahətə

arrow Ətraflı
Bakıda taksi sürücüsü qəza törədib, like
  • 14 Yan 21:17  
Digərləri Bakıda taksi sürücüsü qəza törədib,

Bakının Yasamal rayonunda iki nəqliyyat vasitəsi toqquşub, 3 nəfər xəsar

arrow Ətraflı
Türkiyədə Azərbaycan - Belarus birgə müəssisəsinin açılacağı tarix bəlli olub - EKSKLÜZİV like
  • 14 Yan 21:16  
İqtisadiyyat Türkiyədə Azərbaycan - Belarus birgə müəssisəsinin açılacağı tarix bəlli olub - EKSKLÜZİV

Türkiyədə Azərbaycan – Belarus birgə müəssisəsinin açılacağı tarix

arrow Ətraflı
Pakistan və Əfqanıstandakı hava şəraiti 100dən çox insanın ölümünə səbəb olub like
  • 14 Yan 21:16  
Dünya Pakistan və Əfqanıstandakı hava şəraiti 100dən çox insanın ölümünə səbəb olub

Son bir neçə gün ərzində Pakistan və Əfqanıstanda yağan güclü qar və

arrow Ətraflı
Səhvən, yaxud qəsdən vurulan sərnişin təyyarələri – like
  • 14 Yan 21:15  
Digərləri Səhvən, yaxud qəsdən vurulan sərnişin təyyarələri –

Yanvarın 8-də İranda qəzaya uğrayan Ukrayna sərnişin təyyarəsi ilə ba

arrow Ətraflı
Prezident İlham Əliyev: İslam dəyərləri millimənəvi dəyərlərimizin ayrılmaz hissəsidir like
  • 14 Yan 21:13  
Siyasət Prezident İlham Əliyev: İslam dəyərləri millimənəvi dəyərlərimizin ayrılmaz hissəsidir

Biz dərin milli-mənəvi təməl üzərində müasir dövlət qurmuşuq. İslam

arrow Ətraflı
Tovuzda yol qəzasında bir nəfər xəsarət alıb like
  • 14 Yan 21:11  
Digərləri Tovuzda yol qəzasında bir nəfər xəsarət alıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Huawei şirkəti openEuler adlı ikinci əməliyyat sistemini təqdim etdi like
  • 14 Yan 21:10  
Digərləri Huawei şirkəti openEuler adlı ikinci əməliyyat sistemini təqdim etdi

Bir çox istifadəçilərin Huawei şirkətinin fərdi əməliyyat sistemi olan

arrow Ətraflı