Tovuzda yol qəzasında bir nəfər xəsarət alıb


Digərləri 14 Yan 2020 21:11:00 141 0

Tovuzda yol qəzasında bir nəfər xəsarət alıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İbrahim Hacılı kəndində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Kazımov Rəşad Rizvan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.