Bakıda taksi sürücüsü qəza törədib,


Digərləri 14 Yan 2020 21:17:00 112 0

Bakıda taksi sürücüsü qəza törədib,

Bakının Yasamal rayonunda iki nəqliyyat vasitəsi toqquşub, 3 nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dairəvi yolunda baş verib.

Taksi fəaliyyəti ilə məşğul olan sürücü idarə etdiyi "Mercedes" markalı avtomobillə digər nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində 1995-ci il təvəllüdlü Əsgərov Azər, 1989-cu il təvəllüdlü Rzayeva Aysel və  1984-cü il təvəllüdlü Əliyeva Fəridə ağır bədən xəsarətləri alıblar.