2020 NyuYork ştatı 700dən çox qanuna imza atıb


Dünya 14 Yan 2020 21:19:00 153 0

2020  NyuYork ştatı 700dən çox qanuna imza atıb

Yeni ilin başlanğıcı yeni qətnamələrin və vədlərin başlanğıc vaxtıdır. Nyu-York ştatı 2020-ci ili bir sıra qadağalarla qarşılamaq qərarına gəlib. Ştatın qubernatoru Endryu Kuomo mühacirlərə yardımdan tutmuş, ev heyvanlarını qorunmasına qədər təxminən 700 qanuna imza atıb.

Yeni İl gəldi və bu, Manhetten və Empire State-də yeni qanunların başlanğıcı deməkdir. Siyahıda ilk sırada 2020-ci ilin mart ayından etibarən Nyu-York ştatında plastik torbalara qadağa qoyulacaq. Onlar 5 sentə satılan kağız və ya təkrar istifadə edilə biləcək, parçadan hazırlanmış torbalarla əvəz ediləcək. Yaxşı fikirdir, ətraf mühitin qorunmasına yardım edəcək. Artıq bir şox ştat bunu edir" deyə, Nyu-York sakini bildirir.

Bu qərarı sürətləndirən ətraf mühitə qayğı Manhettenin pul ödəməklə işlək ərazilərinə avtomobillə girmək də daxil olmaqla, bir sıra digər qadağaların da əsasında durur. Tullantıların azaldılması ilə yanaşı, bu, Nyu-Yorkun mərkəzində sürücülər və piyadalar üçün nəzərdə tutulan yollarda hərəkətə yardım edəcək. Lakin bu qanun 2021-ci ilə qədər qüvvəyə minməyəcək. Digər Nyu-York sakini isə "Onsuz da çətinlik çəkirik. Mən buna pul ödəmək istəmirəm, çox sağ olun" deyir.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, yaxın gələcəkdə dəyişikliklkəri təkcə sürücülər görməyəcək. Nyu-York Şəhər Şurası delikotes üçün quşların zorla yedizdirilməsinə qadağa qoyduğu üçün ördək və qaz paşteti sevənlər də bu təamla vidalaşmalı olacaq. Fermerlərin və restoran sahiblərinin etirazlarına baxmayaraq, 2022-ci ildən başlayaraq Nyu-yorklular dəbli yeməklər yemək üçün başqa menyulardan istifadə etməli olacaq.

Xəz dərilərə qadağa istər ona qarşı olanlar, istərsə də bu qanunu dəstəkləyənlər tərəfindən güclü reaksiyalarla qarşılanıb. Mübahisələrə baxmayaraq, bir çox nyu-yoklu bu qərarı dəstəkləyib. Belə ki, bu, süni dəridən istifadə edənlərə ucuz başa gələcək, mağazalar isə süni dəridən olan malları daha çox satacaq.

Harlem məhəlləsinin sakinləri də yeni qadağaya qarşı çıxıb - lakin fərqli səbəblərdən. Onlar Şəhər Şurasına yazdıqları məktubda xəz-dəri məhsullarının Afrika-Amerika mədəniyyətində əhəmiyyətini vurğulayıb.

Xəz-dəri sənayesi dövlət iqtisadiyyatının əhəmiyyətli bir hissəsidir və ABŞ-ın bütün xəz-dəri paltolarının təxminən 80 faizl Nyu-York ştatında istehsal olunur. 10 mindən çox insan bu sahədə işləyir, eləcə də onilliklər boyu bu bizneslə məşğul olan ailə şirkətləri var. Lakin 2020-ci ildən başlayaraq təbii xəz-dəri dövrü Nyu- York üçün bağlanacaq.