Bakıda Milad bayramı münasibətilə qəbul təşkil edilib


Sosial 14 Yan 2020 20:14:30 48 0

Bakıda Milad bayramı münasibətilə qəbul təşkil edilib

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Milad bayramı münasibətilə qəbul təşkil edib.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Milad bayramı münasibətilə qəbul təşkil edib.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən arxiyepiskop Aleksandr İşein Azərbaycanda bütün dinlərin və xalqların nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadıqlarını bildirib. Multikulturalizmin və tolerantlığın xalqımızın həyat tərzinə çevrildiyini söyləyən Aleksandr İşein bu dəyərlərin Azərbaycanın dini həmrəylik mühitinin, sivilizasiyalararası dialoqun təşəkkülündə və inkişafında mühüm rol oynadığını qeyd edib.

Yeparxiyanın ölkəmizdə 21 ildir fəaliyyət göstərdiyini vurğulayan Aleksandr İşein bildirib: “Azərbaycanda dini icmamızın fəaliyyəti üçün hər cür imkan yaradılıb. Bakıda icmamıza aid kilsələr fəaliyyət göstərir. Ölkədəki tolerant mühit hər bir dinin nümayəndəsinin sərbəst ibadətinə imkan verir. Bu sahədə dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Mən Prezident İlham Əliyev tərəfindən dəfələrlə ali mükafatlarla təltif olunmuşam. Bu, dini icmalara göstərilən diqqətin təzahürüdür”.

Arxiyepiskop qeyd edib ki, bu gün insanlar bəşəriyyətin inkişafını ləngidən və bu tərəqqiyə mənfi təsir göstərə bilən problemlərlə üz-üzə qalıblar. Bu problemlərdən biri də cəmiyyətdə dini və milli ayrı-seçkiliyin baş verməsidir. Bu problemlərdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan qüvvələrin olduğunu deyən arxiyepiskop bildirib ki, din xadimləri dindən siyasi məqsədlər üçün istifadənin qarşısını almalıdırlar.

Sonra Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Rəşad Əliyarlı Şeyxülislam Allahşükür Paşazadənin pravoslav xristian icmasının nümayəndələrinə təbrik məktubunu oxuyub.

Məktubda bildirilib ki, Azərbaycanda millət və din fərqi olmadan hər kəs dini ibadətlərini rahat şəkildə yerinə yetirir. Dinindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları Prezident İlham Əliyevin diqqət və qayğısını öz üzərində hiss edir.

Qeyd olunub ki, ölkəmizdəki pravoslav dini icmasının üzvləri digər icmalarla daim dostluq və əməkdaşlıq şəraitində yaşayırlar. İcma ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin inkişafı istiqamətində mühüm işlər görüb. Bu, həm də dinlər və sivilizasiyalar arasında dialoqun inkişafına böyük töhfə verir.

Sonra çıxış edən Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayev Azərbaycanda hökm sürən tolerant və multikultural mühitdən danışıb, Milad bayramı münasibətilə pravoslavları təbrik edib.

Tədbirdə Azərbaycanda akkreditə olunan diplomatik korpusun rəhbərləri və nümayəndələri, ölkəmizdəki xarici dini konfessiyaların təmsilçiləri iştirak ediblər.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək
Qarsda Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı sahiblərinə təqdim edilib like
  • 14 Yan 20:11  
Siyasət Qarsda Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı sahiblərinə təqdim edilib

Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunda “Azərbay

arrow Ətraflı
Azərbaycanın axtardığı şəxs Həştərxanda tutuldu like
  • 14 Yan 20:09  
Kriminal Azərbaycanın axtardığı şəxs Həştərxanda tutuldu

Qazaxıstanın sərhədçiləri beynəlxalq axtarışda olan Azərbaycan Respubl

arrow Ətraflı
"Ermənistan qlobal faciə ilə üzüzədir" like
  • 14 Yan 20:04  
Dünya "Ermənistan qlobal faciə ilə üzüzədir"

Bu gün Ermənistanda yoxsulluq səviyyəsi 24 faizdən az deyil, ifrat yoxsullu

arrow Ətraflı
“Yuventus”un sabiq futbolçusu karyerasını başa vurub like
  • 14 Yan 20:01  
Digərləri “Yuventus”un sabiq futbolçusu karyerasını başa vurub

“Liverpul”un və “Yuventus”un sabiq futbolçusu, 34 yaşlı yarımmüdaf

arrow Ətraflı
Salyanda keçmiş polis rəisinin müavini vəfat edib like
  • 14 Yan 19:59  
Sosial Salyanda keçmiş polis rəisinin müavini vəfat edib

​Salyan rayonunda keçmiş polis rəisinin müavini dünyasını dəyişib.

arrow Ətraflı
Misirdə hərbi təyyarə qəzaya uğrayıb, ölən var like
  • 14 Yan 19:56  
Dünya Misirdə hərbi təyyarə qəzaya uğrayıb, ölən var

Qəza nəticəsində pilot ölüb. Hadisənin səbəbləri araşdırılır.

arrow Ətraflı
“INFINITI” Xızıda qarda qaldı like
  • 14 Yan 19:54  
Digərləri “INFINITI” Xızıda qarda qaldı

Xızı rayonunda "INFINITI" markalı minik avtomobili qarlı yolda qal

arrow Ətraflı
Qanada avtobus qəzası baş verib, 34 nəfər ölüb, 59 nəfər yaralanıb like
  • 14 Yan 19:53  
Dünya Qanada avtobus qəzası baş verib, 34 nəfər ölüb, 59 nəfər yaralanıb

Bu gün səhər saatlarında Qananın Dompoase şəhərində iki sərnişin avto

arrow Ətraflı
Keçmiş məhkum paytaxt sakinini hədələyərək 3000 dollarını alıb like
  • 14 Yan 19:49  
Kriminal Keçmiş məhkum paytaxt sakinini hədələyərək 3000 dollarını alıb

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları da

arrow Ətraflı
ABŞ Şimali Koreyaya qarşı sanksiyalarını genişləndirib like
  • 14 Yan 19:44  
Dünya ABŞ Şimali Koreyaya qarşı sanksiyalarını genişləndirib

Məhdudlaşdırıcı tədbirlər Pxenyan və Pekində fəaliyyət göstərən ik

arrow Ətraflı
SOCAR: Belarusa texniki baxımdan neft nəql edə bilərik like
  • 14 Yan 19:41  
Digərləri SOCAR: Belarusa texniki baxımdan neft nəql edə bilərik

Biz həm Azərbaycan, həm də digər ölkələrin neftini arzu edən tərəflə

arrow Ətraflı
Bakıda odlu silahsursat gəzdirən şəxs saxlanıldı like
  • 14 Yan 19:39  
Kriminal Bakıda odlu silahsursat gəzdirən şəxs saxlanıldı

Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşları üzəri

arrow Ətraflı
Ermənistan regional və beynəlxalq layihələrdən kənarda qalıb like
  • 14 Yan 19:37  
Siyasət Ermənistan regional və beynəlxalq layihələrdən kənarda qalıb

Ermənistanın baş naziri Nikol Paşinyanın bir müddət əvvəl ölkəsinin i

arrow Ətraflı
SOCAR: Belarusa texniki baxımdan neft nəql edə bilərik like
  • 14 Yan 19:35  
Digərləri SOCAR: Belarusa texniki baxımdan neft nəql edə bilərik

Biz həm Azərbaycan, həm də digər ölkələrin neftini arzu edən tərəflə

arrow Ətraflı
Hindistanda “ilan adam” aşkar edildi like
  • 14 Yan 19:34  
Dünya Hindistanda “ilan adam” aşkar edildi

Hindistanın şərqində yerləşən Qancam vilayətində nadir və ağır dəri

arrow Ətraflı