"Ermənistan qlobal faciə ilə üzüzədir"


Dünya 14 Yan 2020 20:04:00 128 0

"Ermənistan qlobal faciə ilə üzüzədir"

Bu gün Ermənistanda yoxsulluq səviyyəsi 24 faizdən az deyil, ifrat yoxsulluq göstəricisi isə 1,5 faiz təşkil edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin sabiq baş naziri Qrant Baqratyan deyib.

O bildirib ki, Nikol Paşinyan iqtisadi sahədə pis siyasət həyata keçirir:

"Hökumətin yanlış siyasəti nəticəsində ölkədən kapital axını baş verir, çünki regionda bizim yaxınlığımızda daha ucuz ölkələr var. Mən hökumətə müraciət edirəm: niyə siz dollar qiymətlərini artırırsınız, dram qiymətlərini isə sabitləşdirirsiniz? Biz qlobal faciə ilə üz-üzəyik".