Azərbaycanın axtardığı şəxs Həştərxanda tutuldu


Kriminal 14 Yan 2020 20:09:00 166 0

Azərbaycanın axtardığı şəxs Həştərxanda tutuldu

Qazaxıstanın sərhədçiləri beynəlxalq axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, həmin şəxs Qazaxıstanın Həştərxan vilayətinin "Karauzek" keçid məntəqəsindən Rusiya ərazisinə keçməyə çalışarkən ələ keçib. 

Bildirilib ki, saxlanılan şəxs Azərbaycan Cinayət Məcəlləsinin qaçaqmalçılıq və psixotrop maddələrin qanunsuz dövriyyəsi maddələri üzrə axtarışa verilib. Azərbaycanlı Həştərxan polisinə təhvil verilib.