Qanada avtobus qəzası baş verib, 34 nəfər ölüb, 59 nəfər yaralanıb


Dünya 14 Yan 2020 19:53:21 134 0

Qanada avtobus qəzası baş verib, 34 nəfər ölüb, 59 nəfər yaralanıb

Bu gün səhər saatlarında Qananın Dompoase şəhərində iki sərnişin avtobusunun toqquşması nəticəsində 34 nəfər ölüb.

Bu gün səhər saatlarında Qananın Dompoase şəhərində iki sərnişin avtobusunun toqquşması nəticəsində 34 nəfər ölüb.

“Report” GNA-ya istinadən xəbər verir ki, bunlardan 29 nəfəri hadisə yerində, 5 nəfəri isəxəstəxanada keçinib.

Ölənlər arasında 15 qadın və üç uşaq da var ki, bunlardan biri bir yaşlı körpədir. Həmçinin 59 yaralı xəstəxanalara yerləşdirilib, bunlardan bəziləri ağır vəziyyətdədir.

Hadisə yerinə yanğın xidmətinin bölmələri cəlb edilib.

Qeyd edək ki, ötən il respublikada 13 877 yol qəzası baş verib, nəticədə 2284 nəfər ölüb, 14 397 nəfər də xəsarət alıb.