SOCAR: Belarusa texniki baxımdan neft nəql edə bilərik


Digərləri 14 Yan 2020 19:35:44 105 0

SOCAR: Belarusa texniki baxımdan neft nəql edə bilərik

Biz həm Azərbaycan, həm də digər ölkələrin neftini arzu edən tərəflərə texniki baxımdan nəql edə bilərik.

Bakı. Ləman Zeynalova - Biz həm Azərbaycan, həm də digər ölkələrin neftini arzu edən tərəflərə texniki baxımdan nəql edə bilərik. Bu barədə Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. "Bu məsələ ilə bağlı danışıqlar aparılıb. Biz həm Azərbaycan, həm də digər ölkələrin neftini arzu edən tərəflərə texniki baxımdan nəql edə bilərik. Ancaq hələki bununla bağlı konkret bir şey yoxdur". Qeyd edək ki, Belarusun Baş nazirinin birinci müavini Dmitri Krutoy deyib ki, ölkəsi Azərbaycan, Ukrayna, Qazaxıstan, Polşa və Baltikyanı ölkələrə neft satın almaqla bağlı müraciət edib.