İranda təyyarə qəzasında həlak olanların daha bir qisminin kimliyi bəlli olub


Dünya 14 Yan 2020 19:29:00 119 0

İranda təyyarə qəzasında həlak olanların daha bir qisminin kimliyi bəlli olub

İranda qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsində həlak olanların 100-nün kimliyi müəyyənləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu, İranın Tibbi Ekspertiza Təşkilatının məlumatında öz əksini tapıb.

Məlumata əsasən, Tehran vilayətinin tibbi ekspertiza laboratoriyalarında işlər davam etdirilir.

Təşkilatın məlumatında qeyd olunur ki, qəzada həlak olan 176 nəfərin 147-si İran vətəndaşı, qalanı isə əcnəbidir.

İndiyədək 30 nəfərin meyitinin aidiyyəti üzrə ailələrinə təhvil verildiyi bildirilir.