Azərbaycan şirkəti ötən il Ukraynanın ən böyük biznes sövdələşməsini həyata keçirib


İqtisadiyyat 14 Yan 2020 16:26:54 100 0

Azərbaycan şirkəti ötən il Ukraynanın ən böyük biznes sövdələşməsini həyata keçirib

Azərbaycan şirkəti ötən il Ukraynanın ən böyük biznes sövdələşməsini həyata keçirib

2019-cu ildə Ukrayna üçün ən böyük biznes sövdələşmələrinin siyahısı açıqlanıb.

“Report”un Ukrayna mətbuata istinadən verdiyi məlumata görə, bu sövdələşmələr telekommunikasiya, farmaseptika, daşınmaz əmlak, satınalmalar, “yaşıl enerji” və aqrobiznes sahələrini əhatə edir.

Siyahınınilk 10-luğuna Azərbaycan şirkətinin Ukraynaya yatırdığı investisiya başçılıq edir.Belə ki, ötən ilin II yarısında Azərbaycanın mobil operatoru “Bakcell” 734 mlilyon ABŞ dollarına “Vodafone Ukraine”nı alıb və bunun üçün Rusiyanın MTS operatoru ilə müqavilə imzalayıb.

Xatırladaq ki, bu alqı-satqı sövdələşməsi “Bakcell”in də tərkibinə daxil olduğu NEQSOL Holdinq şirkətlər qrupu ilə MTS arasında bağlanıb.