4 vətəndaşlıq dəyişən azərbaycanlı “agent” VİDEO


Digərləri 14 Yan 2020 16:30:00 122 0

4 vətəndaşlıq dəyişən azərbaycanlı “agent”  VİDEO

Bu gün Azərbaycanın görkəmli şairi Almas İldırımın (1907-1952) anım günüdür.

Son.az axar.az-a istinadən Almas İldırımla bağlı 7 faktı təqdim edir:

1. O, 1928-ci ildə şeirlərindəki millətçi ismarışlarına görə Dağıstana sürgün edilib.

2. 1930-cu ildə Bakıda "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirsə də, kitab senzuradan keçməyib və şairin Azərbaycan Yazıçılar İttifaqından qovulmasına səbəb olub.

3. Türkmənistanda sürgündə olarkən məktəb direktoru kimi çalışıb. Lakin agentlər tərəfindən "zərərli şəxs" elan edildikdən sonra 1933-cü ildə həyat yoldaşı Zivər xanımı və üç aylıq körpəsi Azəri götürüb İrana qaçıb. Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayaları ötüb İrana çatıb. Lakin dərhal həbs edilib və onu bolşevik agenti hesab edərək işgəncələrə məruz qoyub, sinəsinə qədər soyuq suyun içində saxlayıblar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyub. O, sağalmaz böyrək xəstəliyinə tutulub.

4. Hələ 24 yaşında Bakını tərk edən Almas İldırım doğma şəhərlə bu görüşün sonuncu olacağını sanki hiss edib və "Əlvida, Bakı" şeirini yazıb.