Florian Zenqstşmid: "Biz Azərbaycanı ziyarət edən turistlərlə əməkdaşlığı genişləndirməyi düşünürük"


Digərləri 14 Yan 2020 11:37:46 72 0

Florian Zenqstşmid: "Biz Azərbaycanı ziyarət edən turistlərlə əməkdaşlığı genişləndirməyi düşünürük"

Azərbaycanda turizm jurnalının təqdimatı keçirilib

“Biz potensial müştərilərimiz, Azərbaycanı ziyarət edən turistlərlə əməkdaşlığı genişləndirməyi düşünürük”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid təmsil etdiyi qurumun "Experience Azerbaijan" jurnalının təqdimatında deyib.

F.Zenqstşmid deyib ki, jurnal ildə iki dəfə nəşr olunur: "Bu jurnal tam yerli məhsuldur. Mən fəxr edirəm ki, adıçəkilən jurnalı yerli redaktorların köməyi ilə nəşr etmişik. Həmçinin jurnaldakı bütün fotolar da yerli Azərbaycan fotoqraflarının çəkdiyi fotolardır. Bu jurnaldakı məlumatlar çox maraqlı və praktikdir. Bu jurnalın ilk nəşridir. Növbəti nəşr martda gözlənilir. Çünki səyahət planlamaları məhz həmin tarixlərdə olur. Növbəti nəşr isə sentyabra gözlənir".

ARB rəsmisi bildirib ki, fevralın sonunda turizm portalının təqdimatı olacaq: "Bu portal vasitəsilə turizm planlamaları həyata keçiriləcək".