Bakıdda avtomobil yollarında olan yeraltı piyada keçidləri təmizlənir (FOTO)


Digərləri 14 Yan 2020 11:47:00 117 0

Bakıdda avtomobil yollarında olan yeraltı piyada keçidləri təmizlənir (FOTO)

Yağış-kanalizasiya sisteminin barmaqlıqları və süzgəcləri kənar cisimlərdən təmizlənərək ötürücülüyü bərpa olunur

Bakı. Bakı şəhərində və şəhər ətrafı avtomobil yollarında olan yeraltı piyada keçidlərində təmizlik işləri aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, bu çərçivədə yeraltı piyada keçidlərində olan yağış-kanalizasiya sisteminin barmaqlıqları və süzgəcləri kənar cisimlərdən təmizlənərək ötürücülüyü bərpa olunur, keçidlərin pilləkən və qalereya hissələri yuyulub təmizlənir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi piyada keçidlərindən istifadə edən vətəndaşlardan təmizliyə riayət etmələrini və siqaret kötüyü, saqqız kimi istifadə olunmuş hər-hansı qalığı yerə, xüsusi ilə barmaqlıqların arasına atmamağını xahiş edir.