Aviaşirkətinin ekipaj üzvü təyyarənin göyərtəsindən yıxılıb


Digərləri 13 Yan 2020 22:08:46 108 0

Aviaşirkətinin ekipaj üzvü təyyarənin göyərtəsindən yıxılıb

Finnair aviaşirkətinin bir ekipaj üzvü Helsinki-Vantaa Hava Limanında "Airbus A320" təyyarəsinin göyərtəsindən yerə yıxılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Finlandiya Fövqəladə Halların İstintaq Mərkəzi (OTKES) "Twitter" səhifəsində xəbər verib.

Qəza, sərnişinlər təyyarədən düşdükdən və terminala getmək üçün avtobuslara mindikdən sonra baş verib. Təyyarə heyətinin üzvü sərnişinlərin əvvəlcə keçdiyi eyni qapıdan uçuş zolağına yıxılıb. Hadisənin səbəbləri dəqiqləşdirilir.

Hadisə Ouludan Helsinkiyə gələn təyyarənin bortunda baş verib.