ÜST təcili iclas keçirəcək


Dünya 13 Yan 2020 21:57:00 122 0

ÜST təcili iclas keçirəcək

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində yeni növ koronavirusun tapılması ilə əlaqədar təşkilatın Fövqəladə hallar komitəsinin növbədənkənar iclasını nəzərdən keçirir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın bu gün yaydığı bəyanatda deyilir.

Vəziyyətlə bağlı ÜST-ün baş direktoru Tedros Adhan Qebreyesus komitə üzvləri ilə məsləhətləşmələr aparacaq.

Qeyd edək ki, Çin hökuməti Uhan əyalətində naməlum xəstəliyin aşkarlandığını bildirib. Xəstəliyin koronavirusun yeni növü olduğu deyilir.