Dünyada təbii fəlakətlərin ən çox ziyan vurduğu ölkə


Dünya 13 Yan 2020 21:45:00 90 0

Dünyada təbii fəlakətlərin ən çox ziyan vurduğu ölkə

İndoneziya dünyada təbii fəlakətlərin ən çox ziyan vurduğu ölkədir. "Passiv alov dairəsi" adlandırılan İndoneziyada mütəmadi olaraq sel, zəlzələ və vulkan püskürmələri qeydə alınır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2009-2019-cu illərdə İndoneziyada təbii fəlakətlər nəticəsində 12 min 499 nəfər ölüb.

Rəsmi məlumatlara görə, son 10 il ərzində 21 min təbii fəlakət baş verib və bundan 35 milyon insan ziyan görüb. Zəlzələ və sunamilər nəticəsində ölənlərin sayı 7396 olub. Bundan başqa, ölkənin Bali, Cava və Sumatra adalarında 104 vulkan püskürməsi qeydə alınıb. Bu təbii fəlakətlər nəticəsində 432 nəfər həyatını itirib.

Qeyd edək ki, baş verən təbii fəlakətlər nəticəsində İndoneziyaya ildə 20 milyard dollar məbləğində ziyan dəyir.