Ağstafada minaatan mərmiləri tapılıb


Digərləri 13 Yan 2020 21:34:00 97 0

Ağstafada minaatan mərmiləri tapılıb

Ağstafada 2 ədəd təlim məqsədli 60 mm-lik minaatan mərmisi (40 M13 İN) aşkar olunub.

Bu barədə Son.az-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bu gün saat 14:57-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Ağstafa rayonu, Ağgöl kəndi ərazisində 2 ədəd minaatan mərmisinin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.