İstanbulda metro keçidində “Qanlı Yanvar” adlı foto-sərgi təşkil ediləcək


Siyasət 13 Yan 2020 20:34:58 133 0

İstanbulda metro keçidində “Qanlı Yanvar” adlı foto-sərgi təşkil ediləcək

Türkiyənin&İstanbulun şəhərinin “Yeni Qapı” metro qovşağının ən hərəkətli keçidində “Qanlı Yanvar” adlı foto-sərgi təşkil ediləcək.

Türkiyəninİstanbulun şəhərinin “Yeni Qapı” metro qovşağının ən hərəkətli keçidində “Qanlı Yanvar” adlı foto-sərgi təşkil ediləcək.

Bu barədə "Report"un Türkiyə bürosunaAzərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

Bildirilib ki,Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutacaqfotosərgi üç çıxış və üç giriş qapısı olan metro qovşağının mərkəzi keçidinə qoyulacaq.

Eyni zamanda sərgidə20 Yanvar faciəsini faktlarla əks etdirənməlumat lövhələri yerləşdiriləcək.

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev "Report"un yerli bürosunabildirib ki, sərginin bu metro qovşağında təşkil olunmasında məqsəd 20 Yanvar faciəsini Türkiyə ictimaiyyəti ilə yanaşı, dünyaya da tanıtdırmaqdır.

Serginin açılışı yanvarın 15-də baş tutacaq və 17-nə qədər davam edəcək.

Vüsalə Abbasova

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək