Ruhani hökuməti: SEPAH Ukrayna təyyarəsinin raketlə vurulmasını bizdən gizlədib


Dünya 13 Yan 2020 20:39:00 84 0

Ruhani hökuməti: SEPAH Ukrayna təyyarəsinin raketlə vurulmasını bizdən gizlədib

Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsinin İran Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən raketlə vurulması barədə məlumat Prezident Həsən Ruhanidən və hökumət üzvlərindən gizlədilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İran hökumətinin mətbuat katibi Əli Rabey bildirib.

Rabey Tehranda keçirdiyi mətbuat konfransında, "bizi yalançılıqda və hadisəni gizlətməkdə ittiham etdilər. Əsl həqiqət belə deyil. Biz yalan söyləmədik, hadisə ilə bağlı bizə məlumat verilmədi", - deyə bildirib.

O qeyd edib ki, təyyarənin raketlə vurulması xəbəri prezidentə və hökumət üzvlərinə cümə günü (10 yanvar) günortadan sonra verilib:

"Ruhani hadisədən xəbər tutan kimi Təhlükəsizlik Şurasının toplantısını çağırdı və hadisə ilə bağlı açıqlama yaydı".

"SEPAH-ın Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə məsələdən çərşənbə günü (8 yanvar) xəbərdar olduğunu və tabe olduğu şəxlərə çatdırdığını söylədi. Onlar da məsələnin araşdırılmasına ehtiyac olduğunu düşünüblər", - deyə o vurğulayıb.