“Vogue”un dəfiləsində ilk azərbaycanlı model


Kriminal 13 Yan 2020 19:59:00 158 0

“Vogue”un dəfiləsində ilk azərbaycanlı model

"Ukrainian Fashion Association" təşkilaçılığı ilə baş tutan "Ukraina Fashion Awards" mükafatlandırma mərasimində dünyaca məşhur "Vogue"un dəfiləsi baş tutub.

Son.az Trend-ə istinadən bildirir ki, gecədə alban dizayneri Bel EVE-nin gecəni süsləyən geyimləri nümayiş olunub. Azərbaycanlı kids model Nəzrin Cavadlı (13 yaş) bu layihəyə dəvət alıb və ölkəmizi layiqincə təmsil edib.

Nəzrin Cavadlı öz yaşıdları arasında ilk azərbaycanlı kids model idi ki, bu cür layihədə iştirak edib və beynəlxalq sertifikatla təltif olunub.