"CinemaPlus" MakQreqor və Serron döyüşünü göstərəcək


Digərləri 13 Yan 2020 19:47:56 143 0

"CinemaPlus" MakQreqor və Serron döyüşünü göstərəcək

Titul döyüşü olmayan UFC-246 Las-Veqasda keçiriləcək.

Bakı. "CinemaPlus" Premium-klass kinoteatrı 19 yanvar səhər 07:00-da irlandiyalı boksçu Konor MakQreqor və ikiqat UFC çempionu, amerikalı Donald Serronun döyüşünü nümayiş etdirəcək. Trend-in məlumatına görə, titul döyüşü olmayan UFC-246 Las-Veqasda keçiriləcək. Konor MakQreqor – yarım-yüngül və yüngül çəki üzrə çempiondur. Bütün karyerası boyu 25 döyüş keçirib, onun 21-də qələbə qazanıb. Sonuncu dəfə rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşüb və uduzub. Serron – qaydasız döyüşün əsl veteranıdır. Son illər 5 döyüşdə iştirak edən Donald oyunun üçündən qalib ayrılıb, ikisində isə uduzub. O, karyerası boyu 50 dəfə vuruşub, 36 qələbə qazanıb, 13 məğlubiyyət yaşayıb. Onun bir matçının nəticəsi isə ləğv edilib.