Ağstafada minaatan mərmiləri tapılıb (FOTO)


Digərləri 13 Yan 2020 19:29:36 137 0

Ağstafada minaatan mərmiləri tapılıb (FOTO)

Ağgöl kəndi ərazisində 2 ədəd minaatan mərmisinin tapılması barədə məlumat daxil olub.

Bakı. Ağstafada 2 ədəd təlim məqsədli 60 mm-lik minaatan mərmisi (40 M13 İN) aşkar olunub. Bu barədə Trend-ə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Bu gün saat 14:57-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Ağstafa rayonu, Ağgöl kəndi ərazisində 2 ədəd minaatan mərmisinin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.