Ağstafada mərmi aşkarlanıb


Sosial 13 Yan 2020 19:27:16 147 0

Ağstafada mərmi aşkarlanıb

Ağstafa rayonunda mərmi aşkarlanıb.

Ağstafa rayonunda mərmi aşkarlanıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, yanvarın13-ü saat 14:57-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Ağstafa rayonu, Ağgöl kəndi ərazisində 2 ədəd minaatan mərmisinin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib vəərazidə otlaq sahəsinə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd təlim məqsədli 60 mm-lik minaatan mərmisi (40 M13 İN) aşkar olunub, ətrafında 200 kv.m əraziyə yerüstü baxış zamanı əlavə olaraq 2 ədəd də təlim məqsədli 60 mm-lik minaatan mərmisi (40 M13 İN) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək