Prezident İlham Əliyev Avstriya Respublikasının Federal Kanslerini təbrik etdi


Siyasət 13 Yan 2020 17:41:00 120 0

Prezident İlham Əliyev Avstriya Respublikasının Federal Kanslerini təbrik etdi

Prezident İlham Əliyev Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurtsa təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Federal Kansler, 

Avstriya Respublikasının Federal Kansleri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Avstriya arasındakı dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar diləyirəm".