Bu il BakıQubaRusiya yolunun böyük hissəsinin tikintisi başa çatdırılacaq


Digərləri 13 Yan 2020 14:12:00 115 0

Bu il BakıQubaRusiya yolunun böyük hissəsinin tikintisi başa çatdırılacaq

Yol infrastrukturunun modernləşdirilməsini maliyyələşdirməklə bağlı 2020-ci ildə də dövlət siyasəti dəyişməz olaraq qalır.

Son.az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, 2019-cu ildə bu siyasətin nəticəsi olaraq 54 layihə üzrə tikinti və yenidənqurma işləri aparılıb.

Ümumilikdə 2019-cu ildə tikilmiş, yenidən qurulmuş və təmir olunmuş avtomobil yolları, prospekt və küçələrin uzunluğu 1376,6 kilometrdir.

Agentlik 2020-ci ildə də avtomobil yollarının tikintisi ilə bağlı büdcə maliyyələşdirilməsinin əsas prioriteti kimi müəyyənləşdirilən magistral, respublika və yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması ilə bağlı genişmiqyaslı işləri davam etdirəcək.

Azərbaycanın 30, həmçinin Bakı şəhərinin 12 rayonunu əhatə edəcək bu layihələrə əsasən, uzunluğu 1000 (min) kilometrə yaxın yolların modernləşdirilməsi və inşası üzrə 50-dən çox yol infrastrukturu layihəsi həyata keçiriləcək.