Bakıda soyğunçuluq edən Şirvan sakini saxlanıldı


Digərləri 13 Yan 2020 14:10:01 133 0

Bakıda soyğunçuluq edən Şirvan sakini saxlanıldı

Keçmiş məhkum paytaxt sakininə qarşı zor tətbiq edib

Bakı. Bakıda soyğunçuluqda şübhəli bilinən Şirvan şəhər sakini saxlanılıb. Bu barədə Trend Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir. Məlumata əsasən, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini D.Nəsirov yanvarın 12-də saat 9 radələrində Cavadxan küçəsi ev 28-in qarşısında 1 nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.