İran Britaniyaya xəbərdarlıq etdi


Digərləri 13 Yan 2020 14:16:08 183 0

İran Britaniyaya xəbərdarlıq etdi

İran İslam Respublikası ölkənin daxili məsələlərinə müdaxilə etməməsi ilə bağlı Böyük Britaniyaya ciddi xəbərdarlıq edir.

Bakı. Elnur Bağışov - İran İslam Respublikası ölkənin daxili məsələlərinə müdaxilə etməməsi ilə bağlı Böyük Britaniyaya ciddi xəbərdarlıq edir. Bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında deyib. Bu barədə Trend IRIB-ə istinadən məlumat verib. Ə.Rəbiinin sözlərinə görə, Britaniya səfiri Rob Macaire qanunsuz aksiyada iştirak etdiyi üçün qısa müddətə saxlanılıb: "İran polisi onun kimliyini bildikdən sonra, 15 dəqiqə ərzində azad edilib. Bu, bir səfirin vəzifələrinə zidd, qəbuledilməz və qeyri-peşəkar hərəkətdir. Britaniya səfiri bu hərəkətinə görə İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona və Britaniya hökumətinə İranın etirazı bildirilib".