Liviya münaqişəsinə dair çoxtərəfli danışıqlara başlanılıb


Dünya 13 Yan 2020 14:09:44 129 0

Liviya münaqişəsinə dair çoxtərəfli danışıqlara başlanılıb

Liviya münaqişəsinə dair çoxtərəfli danışıqlar başlanıb

RusiyanınXarici İşlər Nazirliyində (XİN) Liviya münaqişəsinə dair çoxtərəfli danışıqlara başlanılıb.

“Report” xəbər verir ki, Rusiya XİN-insözçüsü Mariya Zaxarova bu barədə “Facebook”dakı səhifəsində yazıb.

O bildirib ki,Rusiya ilə Türkiyə prezidentləri arasında İstanbulda əldə edilmiş razılaşmalara əsasən, bu gün XİN-in Qəbul Evində Liviya münaqişəsinin həll olunması ilə bağlı xarici işlər və müdafiə nazirləri səviyyəsində Rusiya - Türkiyə görüşü başlayıb”.

M.Zaxarova görüşə münaqişə tərəflərinin nümayəndələrinin də qoşulacağını deyib.