İrandan gələn şəxs sərhəddən dibçəkdə heroin keçirmək istədi


Digərləri 13 Yan 2020 12:40:00 129 0

İrandan gələn şəxs sərhəddən dibçəkdə heroin keçirmək istədi

Biləsuvar gömrük postunda sarmaşıq dibçəyində narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb.

Bakı. Biləsuvar gömrük postunda sarmaşıq dibçəyində narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb. Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikası vətəndaşının özü ilə gətirdiyi əl yükləri rentgen aparatından keçirilən zaman monitorda şübhəli predmetlərin təsviri görünüb və vətəndaş sorğu-sual olunub. Şifahi sorğu-sual zamanı vətəndaş ona məxsus bağlamalarda gömrük nəzarətindən gizlədilən, mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin olmadığını, əl yüklərində müxtəlif ərzaq malları və sarmaşıq dibçəyinin olduğunu bildirib.