"Nəsimi İli"nin yekunları ilə bağlı sessiyada elmi məruzələr dinlənilib


Digərləri 13 Yan 2020 12:12:49 87 0

"Nəsimi İli"nin yekunları ilə bağlı sessiyada elmi məruzələr dinlənilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutununda “Nəsimi ili”nin yekunlarına həsr olunan konfrans elmi çıxışlarla davam edib.

© Report

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutununda “Nəsimi ili”nin yekunlarına həsr olunan konfrans elmi çıxışlarla davam etdirilib.

"Report"un xəbərinə görə, sessiyada Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu elmi məruzələr söyləyiblər.

Daha sonraƏdəbiyyat İnstitutunun əməkdaşlarından əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin, Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Fəridə Əzizovanın, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mahirə Quliyevanınçıxışları dinlənilib.

Çıxış edənlər ölkə başçısının müvafiq sərəncamı ilə 2019-cu ilin Azərbaycanda“Nəsimi ili”elan edilməsinin şairin yaradıcılığının öyrənilməsində vacib amil olduğunu bildiriblər.